İsmayıllıda regionlar üzrə cüdo birinciliyinə start verilib...

10 Oktyabr 2017 16:42

Yarışdan öncə rəsmi açılış mərasimində çıxış edənlər idmanın Azərbaycanda gündən-günə inkişafından və Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi qayğı və diqqətdən bəhs ediblər. Yarışa dövlət himninin səsləndirilməsi ilə start verilib. Keçirilən cüdo birinciliyində 7 rayon üzrə 130 idmançı iştirak edir. İdmançılar 2001-2003, 2004-2006-cı il yaş kateqoriyası arasında mübarizə aparacaqlar. Yarışda 1-2-3-cü yerləri tutan yeniyetmələr 11-ci respublika final mərhələsinə vəsiqə qazanacaqlar. Böyük yaş qrupları üzrə final mərhələsinə çıxanlar isə Azərbaycan birinciliyinə vəsiqə əldə edəcəklər.