Avropa İttifaqı “Avtobus turu 2017” davam edir...

23 2017 16:06

Avropa İttifaqı “Avtobus turu 2017” layihəsi çərçivəsində “Avropa Avtobus Turu”nun nümayəndələri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında olublar. 18 ölkə səfirliyinin nümayəndələrinin iştirakı ilə “Tolerantlıq və Multikulturalizm” mövzusunda tələbə debatı keçirilib. “Azərbaycanda tolerantlıq”, “Şəki Azərbaycanın cənnətidir”, “İslam dinində multikulturalizm” və digər mövzularda məruzələr dinlənilib. Avropa İttifaqı üçün təhsil prioritet sahələrdən olduğundan bu sahədə ciddi addımlar atılır. Debatdan sonra “Avropa Kitab guşəsi”nin açılışı olub. Aİ nümayəndəliyi və Bakıdakı Avropa İttifaqına üzv dövlətlərin səfirləri tərəfindən universitetə kitablar hədiyyə olunub. Ardınca Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında danimarkalı yazıçı, məşhur nağılçı Hans Xristian Andersenin “Kralın yeni libası” nağılı əsasında eyniadlı tamaşanın nümayişi olub. Avropa İttifaqının maliyyə dəstəyi ilə tamaşaya qoyulan səhnə əsəri uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Şəki Dövlət Dram Teatrı bu əsərlə 138-ci mövsümünü də açıq elan edib. Avropa avtobus turunun təşkil edilməsinin əsas məqsədi Avropanı Azərbaycana daha yaxından tanıtmaqdır. Bu həm də sosial bir layihədir.