Böyürtkən yığarkən ilan sancdı...

23 2017 11:22

Şəkinin ikinci Biləcik kəndində 40 yaşlı Məkkə Əmrahovanı ilan sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məkkə Əmrahovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Məlum olub ki, yaşadığı kənddə böyürtkən yığarkən qəfildən ilan onun sağ ayağının baldır nahiyəsindən sancıb. Vəziyyətinin orta-stabil olduğu bildirilir.