Uşaqlar məktəbli formaları ilə sevindirildi...

13 2017 16:33

İsmayıllıda bir qrup uşaq məktəbli formaları ilə sevindirilib. Növbəti dərs ilinin başlanması münasibətilə RİH-nin təşəbbüsü ilə bir qrup aztəminatlı, Qarabağ müharibəsi əlili və şəhid ailələrinin uşaqlarına rayon icra hakimiyyətində məktəbli formaları təqdim olunub. Tədbirdə valideynlər, şagirdlər və icra hakimiyyətinin rəsmiləri iştirak ediblər. İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova “Bilik günü” münasibətilə valideynləri və uşaqları RİH-nin başçısı Mirdaməd Sadıqovun adından təbrik edib. Onlara yeni dərs ilində uğurlar arzulayıb. Sonra isə məktəbli formaları şagirdlərə təqdim olunub.