DTX və polis Qəbələdə əməliyyat keçirib...

13 2017 16:24

Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin Rayon Şöbəsi Qəbələdə əməliyyat keçirib. Dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımov və Elman Tahirovun evlərinə baxış olub. Bu zaman oradan yayılması qanunla qadağan olunan ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audio kaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanan xəncər aşkar edilərək götürülüb. Hər 2 şəxs Polis Şöbəsinə gətirilərək izahatları alınıb, götürülən əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.