Şəkidə 54 yaşlı kişini elektrik cərəyanı vurdu...

13 2017 15:35

Şəkidə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Şəki şəhər sakini, Fərahim Sadəddin oğlu Cəbrayılovu şəhərin Ruhulla Axundov küçəsində, 12 saylı məktəbin arxasında elektrik cərəyanı vurub. O hadisə yerindəcə dünyasını dəyişib. Fərahim Cəbrayılovun artezian quyusundan su verərkən ehtiyyatsızlığa yol verdiyi üçün öldüyü ehtimal edilir. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb.