“Diqqət, uşaqlar !” təhlükəsizlik ayına start verilib...

13 2017 14:59

Yeni dərs ilinin başlamasına artıq 2 gün qalıb. Hər il olduğu kimi bu il də Azərbaycanda minlərlə uşaq məktəbə gedəcək. Onların təhlükəsizliyini təmin etmək isə ən vacib işdir. Bu səbəblə də respublikada sentyabrın 10-dan etibarən başlayan və oktyabrın 10-na kimi davam edəcək “Diqqət, uşaqlar !” təhlükəsizlik ayına start verilib. Elə Şəkidə də təhlükəsizlik aylığı çərçivəsində maarifləndirici tədbirlər keçirilir. Sakinlərə təhlükəsizlik aylığı barədə məlumat verilir. Şəki DYPB-nin əməkdaşları mütəmadi olaraq sürücü və piyadalara onların vəzifələrini izah edən və qaydaların yazıldığı məlumat vərəqələri, bukletlər paylayırlar. Yol polisi əməkdaşları tərəfindən təhlükəsizlik qaydaları sürücü və piyadalara geniş şəkildə izah edilir.