Qaxda təhsil konfransı keçirildi...

12 2017 16:11

Qaxda müəllimlərin təhsil konfransı keçirilib. Konfrans iştirakçıları öncə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar. Rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin hesabat məruzəsində 2016-2017-ci tədris ilində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən bəhs edilib. Ali məktəblərə bu ilki qəbul imtahanları Qax məktəbliləri üçün də çox uğurlu olub. Qəbul imtahanlarında iştirak edən 280 məzundan 177 nəfəri tələbə adını qazanıb. İmtahanlarda məzunlardan 48 nəfəri 500-700 bal arasında, 17 nəfər məzun isə 600 baldan yuxarı nəticə göstərib. Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanda Qax rayonu üzrə 1229 nəfər müəllim iştirak edib. 3 nəfər müəllim maksimum nəticə göstərərək 60 bal toplayıb. Konfransın sonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara, həmçinin diaqnostik qiymətləndirmədə seçilən müəllimlərə fəxri fərmanlar təqdim olunub.